Millimizin futbolçusu Türkiyədə əməliyyata alındı - FOTO

10 İyun 2021 16:20 Sumqayıt 1 694
Millimizin futbolçusu Türkiyədə əməliyyata alındı - FOTO

Azərbaycan millisinin və "Sumqayıt"ın futbolçusu Tellur Mütəllimov Türkiyənin İstanbul şəhərində əməliyyat olunub.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, əməliyyatı uğurlu keçən 26 yaşlı yarımmüdafiəçi 1 həftədən sonra məşqlərə başlaya biləcək.

Tellur Mütəllimov ötən mövsüm "Sumqayıt"ın heyətində 25 oyunda ümumilikdə 2158 dəqiqə meydanda olub. O, həmin matçlarda 3 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM