Baş məşqçinin Premyer Liqa klubundan getməsinə bir addım qaldı…

7 İyun 2021 13:00 Sumqayıt 2 286
Baş məşqçinin Premyer Liqa klubundan getməsinə bir addım qaldı…

«Sumqayıt» növbəti mövsümə kimin rəhbərliyi altıında başlayacağını hələ müəyyənləşdirməyib.

Bu, Ayxan Abbasovun iradəsinə bağlıdır.

Son 3 mövsümdə komandanın sükanı arxasında dayanmış mütəxəssis öz şərtlərini irəli sürüb. Klub başbilənləri onunla əməkdaşlığın davam etməsini istəyirsə, onlarla razılaşmalıdır.

Burada isə Abbasov şəxsi çıxarlarını önə çəkməyib. O, sadəcə, kollektivin özəyinin qorunmasını tələb edib.

Keçən zaman kəsiyində «Sumqayıt»ı uğurdan-uğura daşıyan çalışdırıcının niyyəti futbolçuların əməkhaqqısının artırılması və onlara normal şəratin yaradılmasıdır.

Bunlar olmalıdır ki, «kimyaçılar» ilk dəfə mübarizə aparacaqları Konfrans Liqasında layiqincə mübarizə aparsın, həmçinin ölkədaxili yarışmalarda öz iddiasını ortaya qoya bilsin.

«Sumqayıt»ın idarəçiləri hələlik gözləmə mövqeyinə çəkilib. Təbii, anlayırlar ki, Abbasov getsə, komanda qara günə qalacaq.

Belə ki, demək olar əksər futbolçular baş məşqçi ilə bağlı məsələyə aydınlıq gəlməsini gözləyir və əgər o, buradan getməli olsa, düşərgədə «yarpaq tökümü» başlayacaq.

Rəsmilər uçurum vəd edən prosesi əngəlləməyi arzulayır. Sadəcə, bunu necə edəcəklərini hələ dəqiqləşdirə bilməyiblər. «Azərikimya»ASC ötənilki büdcəni olduğu kimi saxlayıb, A

FFA isə onlara əlavə vəsait ayırmağa tələsmir. Hələ heç bilinmir ki, maddi dəstək olacaq, ya yox. Və ya olacaqsaa, məbləğ nə qədər təşkil edəcək?

Bax, belə cavabını gözləyən suallar var ortada. Zaman isə onlarıı gözləmir. Elə işinə peşəkar yanaşan və özünə qarşı bu cür münasibət istəyən Abbasovun özü də.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti