Bu da "Sumqayıt"ın sirri – Bir əldə 3 "qarpız" tutmağın səbəbləri

3 İyun 2021 16:00 Sumqayıt 1 397
Bu da "Sumqayıt"ın sirri – Bir əldə 3 "qarpız" tutmağın səbəbləri

«Sumqayıt» Futbol Akademiyasının baş koordinatoru Hakan Sünalın əvəzedici komandanın sükanı arxasına gətirilməsinin səbəbi məlum olub.

«Kimyaçılar» bunu AFFA-nın tələbi ilə gerçəkləşdirib.

Belə ki, federasiya «Pro» kateqoriyalı kurslarda iştirak edən türkiyəli mütəxəssisin ən pis halda I Divizionda çalışmalı olmasını klub rəhbərliyinin diqqətinə çatdırıb.

Belədə Zaur Hidayətovun baş məşqçi postundan kənarlaşdırılmasıı lazım bilinib. Komandanın çempionatı 22 xalla 9-cu pillədə başa vurması da onların əlinə «kozır» verib. Yəni, nəticə zəifdir, dəyişiklik olmalıdıır.

Maraqlısı odur ki, Sünal bundan sonra bir əlində 3 «qarpız» daşıyacaq. Həm «Pro» kurslarına qatılacaq, həm akademiyanın gündəlik fəaliyyətinə nəzarət edəcək, həm də «dubl»u çalışdıracaq.

Qəribədir, deyilmi? Bütün bunları bir arada necə çatdıracaq? Olmaya, Karlson kimi belinə qanad bağlayıb, buradan ora, oradan bura uçacaq?

Bəlkə də… Ona nə var, Aşağı yaş qrupları üzrə komandaların futbolçularının valideynləri ilə Sumqayıtda yerləşən restoranları, digər istirahət məkanlarını bir-bir gəzən adamdır.

«Pro» kusrları 2 il çəkəcək. O, bu müddətdə həm seminarlara getməli, həm də Avropanın 2 müxtəlif klubuna yollanmaldır.

Bu isə günlərdə, bəzən həftələrlə əsas işin başından uzaq qalmaq deməkdir.

Klub rəhbərliyi vaxtilə Almaniyada skaut olaraq çalışmış birini bura gətirmək üçün müxtəlif vədlər verəndə, məgər bilmirdi ki, məsələnin bu tərəfi də var?

Sünal öz savadına arxayın olsaydı, yaşadığı Almaniyada, lap elə Türkiyədə kurslara yazılardı. Ona görə Azərbaycana gəlməyə razılıq verib ki, heç vaxt əlinə dəymədiyi qədər maaş alacaq, üstəlik, «Pro»nu cibinə qoyacaq.

«Sumqayıt» onun kurslarda iştirak haqqınıı ödəməklə yanaşı, imtahandan keçəcəyinə zəmanət verib. Bir sözlə, o, burada hazırca kökə tapıb, indi də bunun keyfini çıxarır.

Sünal alkoqol həvəskarıdır. Maarağı tək içkiyə olsaydı, yenə dərd yarı idi. Onun başqa şeylərə də marağı var…

Çox da Sumqayıtda uşaq futbolunun olması, yeni nəsilin yetişməsi vecinədir. Bunlar onu maraqlandırsaydı, şəxsi çıxarlarını və karyerasını klubdan, şəhərdən üstün tutmazdı.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti