Avrokuboklara vəsiqə qazanan komanda dağılır – Bir həftə vaxt verdilər

31 May 2021 13:40 Sumqayıt 2 499
Avrokuboklara vəsiqə qazanan komanda dağılır – Bir həftə vaxt verdilər

Tarixində ikinci dəfə avrokuboklara vəsiqə qazanan «Sumqayıt» problem girdabına düşüb.

Konfrans Liqasında iştirak edəcək klub sponsorlarından «dayaq yeyib». «Azərikimya» ASC təsisçisi olduğu «kimyaçılar»ın büdcəsini artırmaqdan imtina eləyib.

«Sumqayıt»dan Sportinfo.az-a daxil olan məlumaata görə, ASC-nin Müşahidə Şurasının sədri İmran Əhmədzadə klubun prezidenti Riad Rəfiyevlə görüşməyə razılaşmayıb.

O, sadəcə xəbər göndərib: «Ötən il sizə nə qədər büdcə ayırmışdıqsa, bu dəfə də həmin pulu verəcəyik. 1 manat artıq olmayacaq, çünki imkanlarımız məhduddur».

R.Rəfiyev yaranmış vəziyyətdən başını itirib. Artıq idman direktoru Zamiq Hüseynov və mətbuat katibi Rəşad Məmmədovdan savayı kimsə burada qalmaq istəmir.

Konkretləşdirsək, müqaviləsi bitənlər əvvəlki maliyyə şərtləri ilə «Sumqayıt»a xidmət etmək niyyətində deyil və bunu açıq şəkildə diqqətə çatdırıblar.

Xüsusən aparıcı futbolçular. Nümayişkaranə formada verdikləri bəyanat Rəfyevin yuxusunu qaçırıb. Axı o, ağıl yiyəsidir və görür ki, çoxluğun tələbi ilə razılaşmasa, komandanı Konfrans Liqasına özü hazırlamalı olacaq və sonra da istefa ərizəsi yazmaq məcburiyyətində qalacaq.

Menecer-prezident dünənə kimi Hüseynovla Məmmədovun sayəsində özünü rahat hiss edirdi, bugündən sonra başqa şərtlər altında çalışmalıdır. Klubda hər işi görən onlar idi, maliyyə çatışmazlığı yaranınca, idman direktoru ilə press-ateşenin də edə biləcəyi bir şey qalmayıb.

Bu həftə «Sumqayıt» üçün həlledicidir. Komandanın «onurğa sütunu»nu təşkil edənlər Rəfiyev iyunun 6-dək vaxt verib.

O, qarşıdakı günlərdə büdcə artımına nail ola bilməsə, güclü «yarpaq tökümü» başlayacaq. Mehdi Cənnətovun ardınca, əksər oyunçular da buranı tərk edəcək. Demək olar, hamısına sərfəli təkliflər gəlib.

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı