"Bu, yəqin ki, apardığımız düzgün seleksiya ilə əlaqədardır. Oyunçularımıza kifayət qədər böyük təlabat var".
Sportinfo.az xəbər verir ki, "Sumqayıt"ın prezidenti Riad Rəfiyev belə deyib.
Klub rəhbəri heyətdə hər il çoxlu dəyişikliklərin olmasının səbəbini bu cür açıqlayıb: "Bu futbolçularla yolumuza davam etmək niyyətindəyik.
Ötən mövsüm avrokuboklar öncəsi gec toplandıq. Komandanı gec yığmağımızın səbəbləri var idi. Bu il hər şey qaydasındadır. Konfrans Liqasında mümkün qədər irəli getmək istəyirik".

