"O zaman əksəriyyət bizə gülürdü və deyirdilər ki,..."

25 May 2021 20:20 Sumqayıt 1 185
"O zaman əksəriyyət bizə gülürdü və deyirdilər ki,..."

"Konfrans Liqasına çıxmaq üçün "Keşlə"nin son şansıydı. Biz də ilk dəfə olaraq kubok qazana bilərdik. Bu amilləri nəzərə alsaq ağır oyun olacağı bəlliydi"

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sumqayıt"ın kapitanı Vurğun Hüseynov deyib.

Təcrübəli futbolçu ikinci hissə pis oynadıqları qənaətindədir: "Gözlənildiyi kimi gərgin və həyəcanlı oyun oldu. Hesabda önə çıxsaq da qələbə qazana bilmədik. İlk hissədə biz, ikinci hissə "Keşlə" yaxşı oynadı. Kuboku qazanmağı çox istəyirdik, amma olmadı. Demək ki, qismət deyilmiş.

Onsuz da Premyer Liqada üçüncü yeri tutmaqla tarix yazmışdıq. Bizim üçün mövsüm çox yüksək səviyyədə keçdi. Həm bürünc medal qazandıq, həm də finalda oynadıq".

Hüseynov mövsümün əvvəli çoxlarının onlara gülməsini də unutmadıqlarını sözlərinə əlavə edib: "Hazırkı mövsüm üçün Qəbələdə baş tutan hazırlıq mərhələsində yoxlama oyunlarında məğlubiyyətlər alırdıq. O zaman əksəriyyət bizə gülürdü və bizə deyirdilər ki, Allah köməyiniz olsun. Bizi axırıncı yerdə görürdülər. Çox ağır yollardan keçdik. Bir ailə olmağı bacarmaqla yaxşı nəticələr əldə etdik. Bir daha sübut etdik ki, tək pulla komanda formalaşdırmaq mümkün deyil.

Açıq deyirəm ki, bu uğurun başında Ayxan Abbasovun adı gəlir. Onun bizə inamı yaxşı nəticələr qazanmağımıza gətirib çıxartdı. Tək kollektiv yox, rəhbərlik, məşqçilər, həkimlər, sıravi işçilər və azarkeşlər bir olduq. Bunun nəticəsində sonda yaxşı nəticə qazandıq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti