"Biz bunu haqq etdik, heç kim deyə bilməz ki..." - Riad

24 May 2021 23:50 Sumqayıt 1 631
"Biz bunu haqq etdik, heç kim deyə bilməz ki..." - Riad

"Bizim üçün üzücü məqamdır. Qələbə qazanmaq istəyirdik.

Premyer Liqanı üçüncü pillədə bitirdik və mövsüm bizim üçün yaxşı alındı. Kubokda isə finala qədər irəlilədik".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Sumqayıt"ın prezidenti Riad Rəfiyev "Keşlə"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun final oyunundan sonra deyib.

Funksioner ölkə kubokunun yarımfinalında "Qarabağ"ı mübarizədən kənarlaşdırdıqlarını xatırladıb: "İstəyirdik ki, bu qədər çətinlikdən sonra kuboku da qaldıraq.

Qismət olmadı, alınmadı. Ümid edirəm ki, növbəti il alınar. Bununla belə, mövsüm bizim üçün birmənalı olaraq uğurlu alındı.

Komanda bürünc medal və avrokuboklara vəsiqə qazandı. Ölkə kubokunda final oynadıq. Kuboku da qaldırmağa yaxın idik,

"Qarabağ" kimi rəqibi keçdik, milli komandaya xeyli sayda futbolçu verdik. Əlbəttə, bu, bizim üçün yaxşı mövsümdür. Oyunumuzla, futbolumuzla biz bunu haqq etdik. Heç kim deyə bilməz ki, "Sumqayıt" buna layiq deyil".

Rəfiyev ikinci hissədə məğlubiyyətlə erkən barışmadıqlarını bildirib: "Bəzən elə olur ki, hər şey istədiyiniz kimi alınmır. Biz də qələbə istəyirdik.

Son dəqiqələrdə hücumçumuzun zərbəsi qapı tirindən qayıtdı. Futbolda belə şeylər olur. Rəqibi təbrik edirəm. Zaur Axundov yaxşı klub qurub. Sonda niyyətlərinə çatdılar".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti