Bu gün Azərbaycan kubokunda 2020/21 mövsümünün final oyunu keçiriləcək.
Sportinfo.az xəbər verir ki, “Bank Respublika Arena”da oynanılacaq həlledici matçda “Keşlə” və “Sumqayıt” üz-üzə gələcək.
“Sumqayıt” bu mövsüm Premyer Liqada da bürünc medallara sahib çıxıb və avrokuboklara vəsiqəni təmin edib. “Keşlə” isə ölkə çempionatını 6-cı pillədə başa vurub.
Bakı təmsilçisi qalib gələcəyi təqdirdə, Konfrans Liqasında oynamq hüququ qazanacaq. "Sumqayıt" kubokun qalibi olsa, Premyer Liqada 4-cü olan "Zirə" avrokuboklarda iştirak edəcək.
Sumqayıtın idman ictimaiyyətinin tanınan simaları bu matçda doğma şəhərlərinin komandasına dəstək verib. Həmin görüntüləri təqdim edirik:

