Yalandır, icra başçısı komandaya 1 manat da verməyib!

24 May 2021 11:40 Sumqayıt 2 298
Yalandır, icra başçısı komandaya 1 manat da verməyib!

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Premyer Liqanı 3-cü pillədə tamamlayan “Sumqayıt”ın qonağı olub.

Şəhər rəhbəri qazanılan uğur münasibətilə klubun prezidenti Riad Rəfiyev, komandanın baş məşqçisi Ayxan Abbasov və futbolçu heyəti ilə görüşüb.

Çempionatın bürünc mükafatını qazanması münasibəti ilə komandanı təbrik edən Zakir Fərəcov Azərbaycan Kubokunun final qarşılaşmasında iştirak edəcək “Sumqayıt”a həlledici görüşdə uğurlar arzulayıb.

Şəhər rəhbəri tərəfindən kluba fəxri fərman və xüsusi hədiyyələr verilib. “Sumqayıt”ın prezidenti Riad Rəfiyev də öz növbəsində Premyer Liqanın 2020/2021 mövsümünün bürünc medalı və komanda üzvləri tərəfindən imzalanmış topu Zakir Fərəcova təqdim edib.

Bu görüşdən sonra icra başçısının komanda üzvlərinə mükafat verməsi haqda sosial şəbəekələrdə xəbərlər yayılıb. İddia olunur ki, o, futbolçu və məşqçi heyətində yer alanların hər birinə 2000 manat “ənam” hədiyyə edib.

Üstəlik, bu da deyilir ki, Z.Fərəcov kuboku qazanacaqlaarı təqdirdə, kollektivə daha 2000 manat ”bəxşiş“ vəd eləyib.

Sportinfo.az olaraq bu informasiyaları dəqiqləşdirdik. Klubdan redaksiyamıza daxil olan məlumata görə, icra başçısı kollektivə pul mükafatı verməyib: ”Onun finala oyununa mükafat qoyması xəbəri də doğru deyil”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti