"Sumqayıt" gözünü yoldan çəkdi, o, döndü - FOTOREPORTAJ

24 May 2021 10:40 Sumqayıt 1 810
"Sumqayıt" gözünü yoldan çəkdi, o, döndü - FOTOREPORTAJ

Bu gün Azərbaycan Kubokunda final oyunu keçiriləcək.

Sportinfo.az xəbər verir ki, “Keşlə” və “Sumqayıt” “Bank Respublika Arena”da üz-üzə gələcək.

Saat 19:30-da başlanacaq görüşü FIFA referisi Əliyar Ağayev idarə edəcək.

"Gənclik şəhəri" təmsilçisi bu mövsüm tarixində ilk dəfə Azərbaycan çempionatının bürünc medalını qazandığı kimi, ölkə kubokuna da sahib çıxmağa iddialıdır.

Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv 3-cü yerin sahibi olaraq, UEFA Konfrans Liqasına vəsiqəni təmin edib.

Əvəzində Premyer Liqanı 6-cı pillədə başa vurmuş "Keşlə" avrokuboklara yollanmaqdan ötrü mütləq "Sumqayıt"a qalib gəlməlidir. Əks halda, Konfrans Liqasına son vəsiqəni 4-cü pillənin sahibi "Zirə" əldə edəcək.

Komandalardan yalnız "Keşlə" oyuna itki ilə çıxacaq. Yarımmüdafiəçi Vüsal İsgəndərli sarı vərəqə cəzalısı olduğu üçün final matçını buraxacaq. "Sumqayıt"da isə itki yoxdur.

Yeganə narahatlıq doğuran məqam Əli Qurbani ilə bağlı olub. Lakin cənubi azərbaycanlı hücumçu zədəsini sağaldaraq, kollektiv məşqlərə qoşulub və bugünkü görüşdə meydana çıxma ehtimalı böyükdür.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti