“Sumqayıt” Ayxan Abbasovu sevməsin, bəs neyləsin?

23 May 2021 16:40 Sumqayıt 1 029
“Sumqayıt” Ayxan Abbasovu sevməsin, bəs neyləsin?

Ayxan Abbasovun baş məşqçisi olduğu “Sumqayıt” Premyer Liqada 300-cü oyununu keçirib.

Bu, XXVIII tura təsadüf edib.

Sportinfo.az xəbər verir ki, “Səbail” üzərində qələbə həm də 3 xalın qazanıldığı 80-ci matç olub.

2011-ci ildən yüksək dəstədə çıxış edən sumqayıtlılar eyni sayda heç-heçə edib və 140 dəfə uduzub.

Komandaya bürünc medal və UEFA Konfrans Liqasına vəsiqə qazandıran oyun həm də səfərdə 150-ci matç olub. Bunların 29-da üç, 41-də bir xal qazanan komanda 80 dəfə rəqib meydanından məğlub ayrılıb.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM