"Sumqayıt"da üzlər gülür - O, qayıtdı

20 May 2021 20:20 Sumqayıt 1 157
"Sumqayıt"da üzlər gülür - O, qayıtdı

Dünən başa çatan Azərbaycan Premyer Liqasında bürünc medallara yiyələnən "Sumqayıt" üçün növbəti sevindirici xəbər Əli Qurbanidən gəlib.

Sportinfo.az-ın məlumatında görə, "kimyaçılar"ın forvardı artıq məşqlərə başlayıb. Dünən fərdi məşq edən hücumçu, bu gündən kollektiv məşqlərə də qoşulub. Bu isə o deməkdir ki, "Sumqayıt"ın əsas qol silahını Azərbaycan Kubokunun finalında görə biləcəyik.

Millimizin də üzvü olan hücumçu Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində "Qarabağ"la baş tutan cavab oyunun 63-cü dəqiqəsində zədələnərək meydanı tərk eləmişdi. Onun üçün mövsümün başa çatdığı deyilirdi. Amma həkimlərin səyi nəticəsində futbolçunun final oyununa çatdırılması mümkün olacaq.

Xatırladaq ki, "Sumqayıt" mayın 24-ü Azərbaycan Kubokunun finalında "Keşlə" ilə üz-üzə gələcək. Masazırda yerləşən "Bank Respublika Arena"da baş tutacaq oyun 19:30-da start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti