"Sumqayıt" Bayılda özünə "bürünc toy" etdi - FOTOREPORTAJ

20 May 2021 09:20 Sumqayıt 756
"Sumqayıt" Bayılda özünə "bürünc toy" etdi - FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünün sonuncu - XXVIII turunun oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, bununla da avrokuboklara 3-cü vəsiqə və bürünc medalın sahibi müəyyənləşib.

Səfərdə "Səbail"i minimal hesabla məğlub edən "Sumqayıt" xallarını 39-a çatdıraraq, mövsümü 3-cü pillədə bitirib. Qonaqlara qələbə qazandıran yeganə qola 43-cü dəqiqədə Murad Xaçayev imza atıb.

90+3-cü dəqiqədə "dənizçilər"in müdafiəçisi Adil Nağıyev qırmızı vərəqə görərək, komandasını azlıqda qoyub.

"Gənclik şəhəri" təmsilçisi 2021/2022 mövsümündə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək. Komanda tarixi ərzində ilk dəfə medal qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti