“Neftçi” və “Qarabağ”a sözünü dedi: ”Heç kimdən geri qalmırıq” - VİDEO

15 May 14:20 Sumqayıt 300
“Neftçi” və “Qarabağ”a sözünü dedi: ”Heç kimdən geri qalmırıq” - VİDEO

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Sportinfo.az xəbər verir ki, o, 0:1 hesabıyla məğlub olduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Əlbəttə, uduzmaq istəməzdik. Son oyunadək üstünlüyümüzü qorumaq istəyirdik. Uzatma dəqiqəsində qol buraxmaq planda yox idi. Bir qol hər şeyi həll etdi.

Son iki finalımıza hazır olmağa çalışacağıq. Bəzi məqamlar adamı üzür. Digər komandaların bizdən açıq-aşkar üstünlükləri var.

Amma biz oyun baxımından heç kimdən geri qalmırıq. Sevinirik ki, “Neftçi” və “Qarabağ”la bərabər mübarizə aparırıq”.

Xəbər Lenti