"Bəzi məqamlar adamı üzür" - Ayxan Abbasov

14 May 2021 21:40 Sumqayıt 1 037
"Bəzi məqamlar adamı üzür" - Ayxan Abbasov

"Əlbəttə, uduzmaq istəməzdik. Son oyunadək üstünlüyümüz qorumaq istəyirdik. Uzatma dəqiqəsində qol buraxmaq planda yox idi. Bir qol hər şeyi həll etdi. Son iki finalımıza hazır olmağa çalışacağıq".

Sportinfo.az xəbər verir ki, bunu "Sumqayıt" komandasının baş məşqçisi Ayxan Abbasov evdə "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVII tur matçından sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis bildirib ki, pərişanlığı oyuna görə deyil: "Bəzi məqamlar adama üzür. Oyunun yorğunluğu adamı üzür. Digər komandaların bizdən açıq-aşkar üstünlükləri var. Amma biz oyun baxımından heç kimdən geri qalmırıq. Sevinirik ki, "Neftçi" və "Qarabağ"la bərabər mübarizə aparırıq".

Son dəqiqədə "Neftçi"nin məşqçisi Seymur Rəhimovla "Sumqayıt"ın futbolçusu arasındakı gərginliyə də toxunan Abbasov feyr-pleyə və meydanın daxilindəkilərə düzgün reaksiya vermələrinin gərəkliyini vurğulayıb.

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı