"Qarabağ"a görə karta köçürülən pul – Hərəyə 3000 manat

12 May 2021 13:00 Sumqayıt 5 759
"Qarabağ"a görə karta köçürülən pul – Hərəyə 3000 manat

Ölkə kubokunun finalına vəsiqə qazanan

«Sumqayıt» titul yolunda son rəqibi «Keşlə» olacaq.

Paytaxt təmsilçisi titul əldə etsə, əsas heyət üzvlərinin hər birinə 10 min manat ödəyəcək. «Kimyaçılar» isə hələ mükafat fondu ilə tanış deyil.

Bugünlərdə saytımıza açıqlama verən klubun mətbuat katibi Rəşad Məmmədov bildirmişdi ki, «Qarabağ»ı mübarizədən kənarlaşdıraraq ölkə kubokunun finalına vəsiqə qazanan komanda öz mükafatını alıb.

Funksioner rəqəm açıqlamasa da, rəhbərliyin kifayət qədər əliaçıqlıq nümayiş etdirdiyini söyləmişdi: «Rəhbərliyimiz kubokun finalına vəsiqə qazanan futbolçulara söz verdiyi mükafatı ödəyib, özü də artıqlamasıyla. Hamının mükafatı bank kartlarına köçürülüb, heç bir problem yoxdur».

Həmişə mətbuata açıq olan və klubun idarəetməsində mühüm çəkiyə malik olan R.Məmmədov yenə bizə doğrunu söyləyib.

Onun sözündən yola çıxaraq öyrəndik ki, klubun prezidenti Riad Rəfiyev saytımızda gedən xəbərdən sonra həqiqətən də hərəkətə gəlib və mükafatın ümumi məbləğini az qala iki dəfə qaldırıb: kollektivə 40 min deyil, 70 min manat ayırıb.

İlk «onbirlik»də meydana ayaq basanların hər birinə 3000 manat verilib. Əlbəttə, indi onlar bundan daha artığını gözləyir. Niyə də olmasın? Axı «Sumqayıt» tarixində ikinci kərə final oynayacaq və titula heç vaxt olmadığı qədər çox yaxındır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"