“Sumqayıt” AFFA-dan bağışlanmaq istədi

10 May 2021 19:00 Sumqayıt 1 174
“Sumqayıt” AFFA-dan bağışlanmaq istədi

“Sumqayıt” AFFA Apellyasiya Arbitraj Tribunalına müraciət edib.

Sportinfo.az bu barədə məlumatı klubdan alıb.

Belə ki, “kimyaçılar” AFFA İntizam Komitəsi tərəfindən ağır cəzaya məruz qalan Cəmaləddin Xocaniyazovun “amntistiya”ya düşməsini istəyir.

Türkmənistanlı legioner Premyer Liqanın 25-ci turu çərçivəsində "Sabah"la keçirilən matçda (0:2) qırmızı vərəqə alıb.

37-ci dəqiqədə sarı vərəqə alan müdafiəçi 85-ci dəqiqədə “qırmızı” ilə “mükafatlandırılıb”. Bu dəfə rəqibi qəsdən vurması səbəbindən.

Odur ki, 3200 manat cərimələnib və 4 oyunluq diskvalifikasiya olunub.

Qərar qüvvədə qalsa, o, yalnız Azərbaycan Kubokunun finalında "Keşlə" ilə qarşılaşmada meydana çıxa biləcək. “Sumqayıt” isə Premyer Liqanın son 2 turunda onun xidmətindən yararlanmaq niyyətindədir.

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!