Bu, "Sumqayıt"a hava və sudan vacib idi - FOTOLAR

9 May 2021 09:20 Sumqayıt 784
Bu, "Sumqayıt"a hava və sudan vacib idi - FOTOLAR

Azərbaycan Premyer Liqasında XXVI tura start verilib.

Sportinfo.az xəbər verir ki, açılış matçında "Keşlə" "Sumqayıt"ı qəbul edib.

"ASK Arena"dakı matç qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmada yeganə qolu 78-ci dəqiqədə Rəhim Sadıxov penaltidən vurub.

Bu nəticədən sonra xallarını 36-ya çatdıran "gənclik şəhəri" təmsilçisi 3-cü pilləyə yüksəlib. "Keşlə" isə 23 xalla sonuncu sırada qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!