"4 finala bərabər oyunumuz var"

3 May 2021 22:20 Sumqayıt 1 021
"4 finala bərabər oyunumuz var"

"Bizim üçün ağır oyun olacağını bilirdik. Çünki "Qarabağ" kimi rəqibə qarşı 2 oyunun nəticəsinə görə mərhələ keçmək heç də asan deyildi. Düzdü, kənardan sürpriz kimi görsənir, amma biz komanda olaraq finala çıxacağımıza inanırdıq. Şükürlər olsun ki, əziyyətimiz yerdə qalmadı və finala çıxdıq".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sumqayıt"ın kapitanı Vurğun Hüseynov "Qarabağ"la ölkə kubokunun yarımfinal mərhələsindəki oyunla bağlı danışarkən deyib.

Təcrübəli futbolçu hazırda final haqqında düşünmədiklərini bildirib: "Açığı, hazırda bu dəqiqə final haqqında fikirləşmirik. Çünki qarşıda 4 finala bərabər çempionat oyunumuz var. Bu oyunlarda yaxşı nəticələr qazanmağa çalışacağıq. Avrokuboklara getməyimiz dəqiqləşməyib ki, biz də rahat olaq. Bu 4 oyunda maksimum xal və xallar qazanmağa çalışacağıq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
6 Fevral 18:10 Çək və bizə göndər!
6 Fevral 07:30 Bundan az istifadə edin!