“Azərbaycan klublarında daha keyfiyyətli legionerlər var”

4 May 2021 19:20 Sumqayıt 1 114
“Azərbaycan klublarında daha keyfiyyətli legionerlər var”

“İran futbolu fiziki cəhətdən daha yaxşıdır”

Sportinfo.az xəbər verir ki, bu fikirlər “Sumqayıt”ın müdafiəçisi Höccət Haqverdiyə məxsusdur.

Bu mövsümdən etibarən Premyer Liqamızda çıxış edən legioner Azərbaycan və İran futbolunu müqayisə elıyib. O, ölkəsindəki yeganə üstünlüyün fiziki güc olduğunu bildirib:

“Bu da İrandakı stadionların ot örtüyünün pis olmasından qaynaqlanır. Buna görə komandalar əsasən fiziki gücə üstünlük verirlər. Azərbaycanda futbol taktiki cəhətdən daha yaxşı və intizamlıdır.

Komandalar yaradıcı futbol oynamağa çalışır. Azərbaycan Premyer Liqasında daha keyfiyyətli əcnəbi futbolçular var. Ümumiyyətlə, bu ölkədə futbol daha inkişaf etmiş və peşəkardır”.

Digər Xəbərlər
Xəbər Lenti