"Sumqayıt"ın legioneri: "İrandan və xaricdən təkliflərim var"

3 May 2021 13:20 Sumqayıt 1 121
"Sumqayıt"ın legioneri: "İrandan və xaricdən təkliflərim var"

“Komandanın yaxşı şəraiti var və liqada üçüncü yerdəyik. Mövsümün sonuna 4 oyun qalıb.

Bu pillədə qalsaq, Avropa Liqasına vəsiqə qazanacağıq. Ölkə kubokunda isə güclü “Qarabağ”ı məğlub edərək, finala yüksəldik”.

Sportinfo.az xəbər verir ki, bunu “Sumqayıt”ın müdafiəçisi Höccət Haqverdi deyib.

İranlı legionerin müqavilə müddəti mövsümün sonuna qədərdir. Ölkəsi İran mətbuatına açıqlama verən 28 yaşlı mərkəz müdafiəçisi “Sumqayıt”da qalıb-qalmayacağını müəyyənləşdirmədiyini söyləyib:

“Hələ qərarımı verməmişəm, bütün diqqətim növbəti oyunlardadır. İranda olanda məqsədim daha yaxşı liqaya getmək idi və indi addım-addım irəliləyirəm.

İndiyə qədər hər şey qaydasındadır və növbəti mövsüm üçün məni irəli aparacaq ən yaxşı qərarı verməyə çalışıram. İrandan və xaricdən təkliflərim var, vəziyyətin necə olacağını görməliyəm”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"