İtalyanın Rəfiyevin tapşırıqlarını yerinə yetirməsi haqda nə dedi?

3 May 2021 14:00 Sumqayıt 1 178
İtalyanın Rəfiyevin tapşırıqlarını yerinə yetirməsi haqda nə dedi?

Ayxan Abbasov baş məşqçisi olduğu "Sumqayıt"ın prezidenti Riad Rəfiyevin millinin çalışdırıcısı Canni de Byazini təsiri altına almasından danışıb.

Sportinfo.az xəbər verir ki, o, italiyalı mütəxəssisin Rəfiyevin tapşırığı ilə oturub-durması barədə iddialarla razılaşmayıb:

"Sumqayıt" çempionatın ilk dövrəsini lider kimi tamamlayanda De Byazi ölkəmizə yeni gəlmişdi. Bütün oyunlarımızı izləyirdi. Futbolçularla təkbətək söhbəti olurdu.

Baş məşqçi onlara böyük ümid bəsləyir. Amma narazı qaldığı vaxtlar da olub. Çempionatda zəif çıxış etmişik, De Byazi bəzi futbolçularımıza şans verməyib.

Onlar formaya düşəndə komandamız da qələbə qazanır. "Sumqayıt" da Azərbaycanın komandasıdır. Yalnız bizim klubun adını çəkmək düzgün deyil. Milliyə ora layiq olan futbolçular çağırılmalıdır".

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”