"Məqsədimiz oyunu penaltilərə aparmaq deyildi, amma ..." - "Qarabağ"la oyunun qəhrəmanı

30 Aprel 2021 22:20 Sumqayıt 1 383
"Məqsədimiz oyunu penaltilərə aparmaq deyildi, amma ..." -

"Qarabağ”la kubok oyununa çox ciddi hazırlaşmışdıq".

Bu sözləri Sportinfo.az-a açıqlamasında Azərbaycan Kubokunun yarımfinal mərhələsinin "Qarabağ"la oyunu haqda danışan "Sumqayıt"ın qapıçısı Aydın Bayramov deyib.

25 yaşlı qapıçı məqsədlərinin oyunu penaltilərə aparmaq olmadığını bildirib: "Oyun ərzində çalışdıq ki, Ayxan Abbasovun tapşırıqlarını düzgün yerinə yetirək. Məncə, bunu bacardıq. Əslində, məqsədimiz oyunu penaltilərə aparmaq deyildi. Amma əsas məqsədlərimizdən biri də qol buraxmamaq idi. O da oyunun gedişindən asılıdır ki, sonda necə nəticəyə gələcəksən deyə qərar verirsən. Özünüz də bilirsiz ki, penaltilər zərbəsi lotoreyadır, şükür Allaha yaxşı alındı, istədiyimiz oldu. Ümumiyyətlə, bütün komanda olaraq yaxşı çıxış etdik və finala vəsiqə qazandıq".

Bayramov final oyunu haqda isə bunları deyib: "İndi bizi olduqca məsuliyyətli həlledici qarşılaşma gözləyir. İnşallah bu oyunda da qələbə qazanıb mövsümü istədiyimiz nəticə ilə başa vurarıq. Bu şəhər və azarkeşlərimiz həqiqətən uğura layiqdir”.

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!