"Çəkinməyəcəyik, bəlkə bundan da artığını edəcəyik"

29 Aprel 2021 13:20 Sumqayıt 567
"Çəkinməyəcəyik, bəlkə bundan da artığını edəcəyik"

"Nəticə qazanmaq istəyiriksə, meydanda mübarizə aparmalıyıq".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov işlədib.

Həm Premyer Liqada, həm də ölkə kubokunda iddiasını davam etdirən "kimyaçılar"ın çalışdırıcısı sonadək mübarizə aparacaqlarını deyib:

"Oyunun hakimləri var. Əgər kimsə kobud oynasa, baş hakim qərar verəcək. Məncə, futbol mübarizə oyunudur. Mübarizədən çəkinməyəcəyik.

Bəlkə bundan da artığını edəcəyik. Bəzi komandaların universal oyunçuları var. Biz elə komanda deyilik. Mübarizə aparan kollektivik".

Digər Xəbərlər
Xəbər Lenti