"Sumqayıt" ona uğur gətirən persona ilə anlaşma əldə etdi

28 Aprel 2021 13:00 Sumqayıt 1 328
"Sumqayıt" ona uğur gətirən persona ilə anlaşma əldə etdi

«Sumqayıt»ın baş məşqçisi Ayxan Abbasov gələcəyi ilə bağlı mühüm qərar verib.

Sportinfo.az-ın məlumatına görə, o, gələn mövsümü də «kimyaçılar»ın sükanı arxasında keçirəcək.

2018-ci ilin payızından «gənclik şəhəri» təmsilçisində çalışan mütəxəssis müqavilə müddətinin daha 1 il müddətinə uzadılmasına razılaşıb.

Düzdür, klub rəhbərliyi onunla daha uzunmüddətli anlaşmaya maraqlıdır, amma Abbasov birdən-birə 2-3 illik kontrakta imza atmağa tələsmir.

Bu da başadüşüləndir. Abbasov «Sumqayıt»a görmədiyi günləri yaşadıb. Ona kimi heç bir baş məşqçinin bacarmadığını edib, uğurun arxasınca uğur qazandırıb.

Komanda məhz onun rəhbərliyi altında tarixində ilk dəfə ölkə kubokunun finalına yüksəlib, ardınca avrokuboklara vəsiqə alıb.

«Kimyaçılar» cari mövsümü də müsbət notlarla bitirməyə çox yaxındır. Kubokda yarımfinala qalan kollektiv Premyer Liqada da 3-cü pilləyə qalxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti