"Sumqayıt" rəhbərliyi nə istəyir? "Alınmasa, məyus olmayacağıq"

27 Aprel 2021 20:00 Sumqayıt 950
"Sumqayıt" rəhbərliyi nə istəyir? "Alınmasa, məyus olmayacağıq"

"Qarşıma hədəf qoyulsa, mənim də şərtərim olar. Hədəflərdən biri mübariz komanda yaratmaqdır".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov deyib.

O, klub rəhbərliyinin qarşısına hansısa hədəfin qoymadığını vurğulayıb: "Bu gün komandamız göz önündədir. Gəncləri yetişdirmək istəyirik və milliyə oyunçular veririk.

Hansısa baş məşqçi nəticə istəmədiyini deyirsə, səmimi olmaz. Biz də nəticə və avrokuboka vəsiqə istəyirik.

Bəzi klublar avrokuboklara düşə bilmir və ruh düşkünlüyü yaranır. Çünki onların büdcələri və şəraiti buna hazırlanıb. Bu gün bürünc medal qazansaq, "Sumqayıt"ın tarixinə düşərik.

Kim istəmir ki, tarixə düşsün? Alınmasa, məyus olmayacağıq. İlk "dördlük"də yer almaq da bizim üçün böyük uğur olacaq".

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda