"Bunlar olmasa, çempionatın gözəlliyi olmaz, biz hər şeyin pərdəsini bilirik"

26 Aprel 2021 00:56 Sumqayıt 1 169
"Bunlar olmasa, çempionatın gözəlliyi olmaz, biz hər şeyin pərdəsini bilirik"

"Oyunun gərgin keçəcəyini gözləyirdik. Çünki əbəs yerə buna 6 xallıq matç demirdilər.

Amma həqiqətən də iki komandaya da təbrik düşür. Birinci saniyədən, sonuncu saniyəyədək meydanda kəskin mübarizə oldu".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov "Zirə" ilə qolsuz heç-heçə etdikləri Premyer Liqanın XXIV tur oyunundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis bildirib ki, bir qol matçın taleyini həll edə bilərdi: "Hər iki komanda ehtiyatı əldən vermək istəmirdi. Bizim də, rəqibin də qol epizodları oldu.

Qarşılaşmadan razı qaldım, futbolçuları təbrik edirəm. Sıx qrafikdə tempi saxlamaq çətindir. Biz futbolçuarı qorumaq üçün nələrsə edirik. Hər xal bizi yuxarı aparır. Çalışacağıq ki, sonadək mübarizə aparaq".

Abbasov görüşdə narazı qaldığı məqamların da olduğunu diqqətə çatdırıb: "Bunları analiz edirik. Bəzi futbolçulardan çox şey gözləyirik.

Bu gün son ötürmələrdə gecikmələr oldu. Bunları daha yaxşı edə bilərdik. Həqiqətən istədiyimiz hücumları gördük. Rəqibi də yaxşı analiz etmişdik. Onlar son 3 matçı tamam başqa cür oynayıblar.

Baş məşqçi Rəşad Sadıqov dəyişikliklər etməyi xoşlayır. "Zirə"nin kubok matçına da baxdıq. Orada izlədiklərimizi bu gün meydanda gördük. Rəqibə qarşı düzgün oynamaq önəmlidir".

Baş məşqçi ilk hissədə Rəşad Sadıqovla dialoquna da toxunub: "Bu elə də ciddi gərginlik deyildi. Anlaşmazlıq oldu. Çünki rəqibin futbolçusu da eyni sözü işlətmişdi. Uzaqda idim və Rəşadın səsini eşitməmişdim.

Hakimin hansısa qərarına mən və rəqib baş məşqçi də etiraz edirdi. Bunlar olmasa, çempionatın gözəlliyi olmaz.

Hər iki mütəxəssis qələbə qazanmaq istəyir. Biz hər şeyin pərdəsini bilirik. Rəşadla bir-birimizi uşaqlıqdan tanıyırıq. "Dır-dır" oynayanda da mübahisələr olur. Bu, normaldır".

Mütəxəssis Zirə səfərindən bir xalın pis nəticə olmadığını sözlərinə əlavə edib:

"Üçüncü yer üçün iddiamızı qoruyuruq. Hər iki komandanın qarşıda çətin oyunları var. Onlar da bizim kimi kubokda da mübarizə aparırlar.

İkimizin də üçüncü bürünc medal qazanmaq şansı var. Vuruşacağıq. Bu dəqiqə hansısa komandada böyük üstünlük yoxdur.

"Zirə" az qol buraxan komandadır. Səhv etmirəmsə, böyükhesablı məğlubiyyəti yalnız "Neftçi" ilə matçda alıb. Bu rəqib komanda şəklində yaxşı müdafiə olunur".

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı