"Sumqayı" qiyməti müəyyənləşdirdi: Final 2000-2500, bürünc medal 5000 manat

24 Aprel 2021 15:00 Sumqayıt 1 523
"Sumqayı" qiyməti müəyyənləşdirdi: Final 2000-2500, bürünc medal 5000 manat

«Sumqayıt» rəhbərliyi futbolçuları sevindirməyə hazırlaşır.

Sportinfo.az-ın məlumatına görə, bu ölkə kubokunun yarımfinal qarşılaşması ilə əlaqədardır.

«Kimyaçılar» «Qarabağ»la görüşdə sərfəli nəticə əldə edib, finala vəsiqə qazanarsa, 2000-2500 manat civarında mükafat qazanacaq.

«Sumqayıt», adətən, yüksək mükafat vermir. Normalda Premyer Liqa oyunları üçün bu məbləğ 500 manatı keçmir. Yalnız «Neftçi» və «Qarabağ»la görüşlər zamanı rəqəm 1000 manata kimi yüksəlir.

«Gənclik şəhəri» təmsilçisi tarixi ərzində ən böyük mükafatı 2 il öncəəqazanıb. Həmin vaxt tarixində ilk dəfə kubokun finalına çıxdıqları üçün 5000 manat almışdılar.

İndi isə vəziyyət bir qədər fərqlidir. Klubun prezidenti Riad Rəfiyevi daha çox Premyer Liqanın bürünc medalı maraqlandırır. Axı çempionatda üçüncü yeri tutsalar, bu da «Sumqayıt» üçün bir ilk olacaq.

Odur ki, Premyer Liqada qazanılacaq müsbət nəticənin maddi qarşılığı fərqləndiriləcək. Bürünc medal «kimyaçılar»ı daha çox – 5000 manat irəli salacaq.

Digər Xəbərlər
Xəbər Lenti