"Sumqayıt"ın prezidenti "Neftçi"yə görə çətin vəziyyətlə üzləşib

22 Aprel 2021 19:00 Sumqayıt 1 297
"Sumqayıt"ın prezidenti "Neftçi"yə görə çətin vəziyyətlə üzləşib

«Sumqayıt»ın prezidenti Riad Rəfiyev gözləmədiyi situasiya ilə qarşılaşıb.

«Kimyaçılar»ın birinci şəxsinin AFFA-nın idarəçiləri ilə münasibətlərində soyuqluq yaranıb.

Hər şey «Neftçi» ilə səfər oyunundan sonra baş verib. Belə ki, qonaqlarıın «ağ-qaralar» üzərində qələbə qazanması (2:0) federasiya rəhbərliyinin xoşuna gəlməyib.

Əksinə, onları hiddətləndirib. Hətta o qədər ki, bunu Rəfiyevin özünə də bildiriblər.

Təbii, Riad bəy üzləşdiyi münasibətdən məyus olub. Axı, adətən, belə oyunlardan sonra AFFA-dan çoxsaylı təbriklər alırdı, indi isə fərqli reaksiya ilə qarşılaşıb.

Klub prezidenti qınanıb ki, «Sumqayıt» digər rəqiblərlə müqayisədə «Neftçi»yə qarşı daim aqressiv mübarizə aparır. Rəfiyev isə iradlarla razılaşmayıb, bütün komandalara qarşı eyni həvəs və istəklə hazırlaşdıqlarını söyləyib.

SPORTİNFO.AZ

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı