Yığma “Sumqayıt”la bacarmırsa, karantinin uşaqlara aidiyyatı yoxdur? - FOTOLAR

20 Aprel 2021 09:20 Sumqayıt 956
Yığma “Sumqayıt”la bacarmırsa, karantinin uşaqlara aidiyyatı yoxdur? - FOTOLAR

Bakıda təlim-məşq toplanışında olan 18 yaşadək futbolçulardan ibarət milli hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, millimiz “Sumqayıt”ın əvəzedici heyəti ilə qarşılaşıb.

Üç qolun qeydə alındığı oyunda yığma komanda 1:2 hesabı ilə məğlub olub.

Cavidan Abbaszadənin dubl etdiyi qarşılaşmada U-18-in heyətində Ağadadaş Salyanski fərqlənib.

U-21 yığmasının baş məşqçisi Milan Obradoviçin canlı izlədiyi qarşılaşmada bir məqam diqqət çəkib.

Bu da azyaşlı uşaqların toplu şəkildə oyuna tamaşa etmələrinə göz yumulmasıdır. Görünür, təşkilatçı tərəfin sosial məsafə ilə bağlı qaydalara riayət olunması maraqlı gəlməyib.

Digər Xəbərlər
Xəbər Lenti