"Riad Rəfiyevin De Byaziyə məsləhət görməsində nə qəbahət var? - Gərək, işləməyim"

19 Aprel 2021 17:20 Sumqayıt 801
"Riad Rəfiyevin De Byaziyə məsləhət görməsində nə qəbahət var? - Gərək, işləməyim"

"Belə bir şey olsa, gərək, işləməyim".

Sportinfo.az xəbər verir ki, bu sözlər "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasova aiddir.

O, komandasında çıxış edən futbolçuların milliyə klubun prezidenti Riad Rəfiyevin Canni De Byazi ilə münasibətinə görə çağırılması iddialarına münasibət bildirib (report).

Abbasov bu cür söz-söhbətlərin onu narahat etmədiyini söyləyib: "Bir yerdə nəticə olanda, komandaya bu cür vasitələrlə təsir etmək istəyirlər.

Məsələn, bu gün Riad Rəfiyev öz futbolçusunu millinin baş məşqçisinə məsləhət görə bilər. Burada nə qəbahət var ki?

Bu, o demək deyil ki, De Byazi oyunçunu onun sözü ilə yığmaya götürdü. Həmin futbolçu əsas heyətdə çıxış etməsə, yaxşı oynamasa, milliyə dəvət almaz.

Riad Rəfiyevdən öncə, Kamran Quliyev "Sumqayıt"ın prezidenti olanda da bu komandadan yığmaya 5 futbolçu gedirdi. Deməli, onda da Kamran Quliyev xahiş edirdi?

Əlaqəyə görə kənardan çox söz deyilir. Futbolun içində olanlar bilir ki, çoxu böhtandır. Ona görə belə şeylərə fikir vermək lazım deyil. Öz işimizi davam etdirməliyik".

Digər Xəbərlər
Xəbər Lenti