"Biz təslim olmamışıq, mən problemi bunda görürəm" - FOTOLAR

17 Aprel 2021 10:40 Sumqayıt 752
"Biz təslim olmamışıq, mən problemi bunda görürəm" - FOTOLAR

Azərbaycan Premyer Liqasında XXIII tura start verilib.

İlk oyun günü Sumqayıtda yekunlaşıb.

“Qəbələ” “Kapital Bank Arena”dakı səfər matçında “Sumqayıt”ın qonağı olub. “Qırmızı-qaralar”ın start heyətində ötən turla müqayisədə iki dəyişiklik edilib. Murad Musayev və Nikolas Raysel “11-lik”də Ehtiram Şahverdiyevlə Ceyms Adeniyini əvəzləyib.

İlk yarı qarşılıqlı hücumlarla başlayıb. Daha fəal təsir bağışlayan meydan sahibləri ərazi üstünlüyünə yiyələnib. Amma “Qəbələ”nin müdafiəçiləri və qapıçı etibarlı oyun nümayiş etdirib.

“Qırmızı-qaralar” da bir neçə dəfə rəqib qapısı önündə real təhlükə yaradıb. Rövlan Muradovun zərbəsini müdafiəçi zərərsizləşdiribsə, Nikolas Rayselin fərqlənməsinə qapıçının inamlı oyunu mane olub.

Az keçməmiş Rüfət Əhmədovun uzaq zərbəsindən sonra top dirəyin yanından keçib. İlk yarının sonlarında zədə səbəbindən matçı davam etdirə bilməyən Asif Məmmədov əvəzlənib.

İkinci hissəyə “Qəbələ” daha fəal başlayıb. Rövlan Muradovun yaxın məsafədən zərbəsində dəqiqlik çatmayıb. Sonradan komandalar qarşılıqlı hücumlar təşkil etsə də, müdafiə xəttini yarmaqda çətinlik çəkiblər.

Lakin tədricən üstünlüyə yiyələnən meydan sahibləri hissənin ortalarında iki qol vurub. Rəhim Sadıxov və Əli Qurbaninin 10 dəqiqəyə vurduğu iki top sumqayıtlılara qələbə qazandırıb.

Buraxılan qollardan sonra “Qəbələ” oyunda dönüş yaratmağa çalışsa da, futbolçuların səyləri bəhrəsini verməyib.

Final fitinə 2 dəqiqə qalmış komanda fərqlənməyə yaxın olsa da, rəqib qolkiper hesabın dəyişməsinə əngəl olub. Beləliklə, “qırmızı-qaralar” səfər matçında 0:2 hesabı ilə məğlub olub.

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev: “Oyunun bizim üçün belə ağır keçəcəyini bilirdik. Matça itkilərlə çıxmışdıq. Ceyms Adeniyi, Merab Qiqauri yox idi.

Nikolas Raysel zədəli olduğu üçün komanda ilə məşq etmirdi. Həftə ərzində bu boşluqları hiss etdirməmək üçün çalışdıq. Amma oyun göstərdi ki, həmin oyunçuların yerini tam doldura bilmədik.

Rəqibi təbrik edirəm. “Sumqayıt” çox istəkli idi, layiqli qələbə qazandı. Biz təslim olmamışıq. Futbolçuların da təslim olmadığına inanıram. İki hissəni fərqləndirməzdim.

Ümumi oyun planında çatışmazlıq var idi. Oyunu eyni futbolçuların üstündə qurursan və onlar olmayanda rotasiyaya məcbursan.

Həmin keyfiyyəti ala bilmirsən. Problemi də bunda görürəm. Ruhdan düşməmişik. Gələcək matçlarda daha da artığını etməyə, yüksək yerə çatmağa çalışacağıq.

Asif Məmmədov daim meydanda olan, əsas oyunçulardan biridir. Əlbəttə, onun əvəzlənməsi təsirsiz ötüşmür. Komandanı həm hücum, həm müdafiə planında toparlaya biləcək futbolçudur.

Tək itki Asif deyil. İtkilərimiz var idi. Cəzalı, zədəli futbolçularımız qayıdanda tam komplektləşmiş olacağıq”.

“Sumqayıt” – “Qəbələ” 2:0

“Kapital Bank Arena”, tamaşaçısız

Baş hakim: Vüqar Həsənli

Baş hakimin köməkçiləri: Cavanşir Yusifov, Nahid Əliyev

Dördüncü hakim: Kamranbəy Rəhimov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Sarı vərəqələr: Tellur Mütəllimov, 45+3 (hakimin qərarına etiraz); Vurğun Hüseynov, 49 (qeyri-idman hərəkəti); Əli Qurbani, 59 (qeyri-idman hərəkəti) // Kamal Mirzəyev, 46 (qeyri-idman hərəkəti); Rövlan Muradov, 54 (qeyri-idman hərəkəti); Murad Musayev, 63 (qeyri-idman hərəkəti)

Qollar: Rəhim Sadıxov, 66; Əli Qurbani, 75

Artırılan vaxt: I hissədə 4 dəq; II hissədə 3 dəq.

“Sumqayıt”

1. Mehdi Cənnətov

97. Xəyal Nəcəfov

(20. Rüfət Abdullazadə, 71)

14. Elvin Bədəlov

6. Vüqar Mustafayev (k)

10. Rəhim Sadıxov

60. Elvin Məmmədov

7. Tellur Mütəllimov

5. Camaləddin Xocaniyazov

(3. Vurğun Hüseynov, 9)

9. Əli Qurbani

(11. Mehdi Şərifi, 78)

4. Höccət Haqverdi

18. Süleyman Əhmədov

Ehtiyat oyunçular:

13. Aydın Bayramov

71. Hüseynəli Quliyev

33. Eltun Turabov

22. Cavid İmamverdiyev

78. Dmitro Nağıyev

21. Cabir Əmirli

17. Murad Xaçayev

30. Nəbi Məmmədov

8. Səbuhi Abdullazadə

Baş məşqçi: Ayxan Abbasov

“Qəbələ”

1. Anar Nəzirov (k)

11. Asif Məmmədov

(70. Ülvi İsgəndərov, 40)

28. Murad Musayev

6. Kamal Mirzəyev

32. Nikolas Raysel

(74. Yusif Nəbiyev, 74)

13. Yurgen Qoxa

(9. Ehtiram Şahverdiyev, 71)

26. Stefan Vukçeviç

2. Vinko Medimoreç

23. Rafael Utriq

10. Rövlan Muradov

71. Rüfət Əhmədov

Ehtiyat oyunçular:

94. Tərlan Əhmədli

5. Rasim Ramaldanov

4. Sadiq Quliyev

7. Roman Hüseynov

14. Cavid Hüseynov

17. Yaovi Akakpo

20. Faiq Hacıyev

55. İdris İnqilablı

27. Mehrac Baxşalı

Baş məşqçi: Elmar Baxşıyev

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!