Azərbaycan millisinin futbolçusuna Ukrayna Premyer Liqasından təklif

15 Aprel 2021 20:00 Sumqayıt 2 165
Azərbaycan millisinin futbolçusuna Ukrayna Premyer Liqasından təklif

Azərbaycan millisinin futbolçusu Rəhim Sadıxov yenidən ölkə xaricində çıxış edə bilər.

Sportinfo.az xəbər verir ki, apasport.az-ın əldə etdiyi məlumata görə, “Sumqayıt”ın yarımmüdafiəçisinin Ukraynada legioner həyatı yaşamaq ehtimalı yaranıb.

Çünki milliləşdirilmiş Rusiya əsilli pleymeyker “Kolos”un diqqət mərkəzindədir. Ukrayna Premyer Liqasının təmsilçisi Moskva “Spartak”ının yetirməsini mövsümün sonunda heyətinə qatmağı planlaşdırır.

25 yaşlı futbolçu kovalyovkalılarla ortaq məxrəcə gəlsə, ora azad agent kimi yollanacaq. Çünki Sadıxovun “Sumqayıt”la müqavilə müddəti mövsümün sonuna qədərdir.

Ancaq oyunçunun “Qarabağ”, “Neftçi”, “Sabah” və “Zirə” kimi klubların da transfer siyahısında olması “Kolos”un işini çətinləşdirən amildir.

“Sumqayıt”a 2019-cu ilin yayında Moskva “Torpedo”sundan keçən Rəhim Sadıxov ötən ildən Azərbaycan millisinə dəvət alır.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə