"Sumqayıt"da Əli sevinci

14 Aprel 2021 19:00 Sumqayıt 1 152
"Sumqayıt"da Əli sevinci

"Sumqayıt"ın zədəli futbolçusu Əli Qurbaninin durumuna aydınlıq gəlib.

Klubun mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, MRT-dən keçən hücumçunun durumunun ciddi olmadığı məlum olub.

O, indi özünü yaxşı hiss edir və komandanın məşqlərinə qoşula bilər.

Millimizin də üzvü olan Əli Qurbani Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində "Qarabağ"la baş tutan oyunda zədə alaraq görüşün 72-ci dəqiqəsində yerini Səbuhi Abdullazadəyə vermişdi.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM