Əli Qurbaninin zədəsi ciddidir? - Klubdan açıqlama

12 Aprel 2021 15:00 Sumqayıt 816
Əli Qurbaninin zədəsi ciddidir? - Klubdan açıqlama

Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində "Sumqayıt" "Qarabağ"la səfər oyununda ağır məğlubiyyətə (4-1) uğradı.

Məğlubiyyətlə bərabər, "kimyaçılar"ın əsas "qol silahı" Əli Qurbani də zədələnərək sıradan çıxdı.

"Sumqayıt"ın yeganə qolunun müəllifi oyunun 72-ci dəqiqəsində zədə səbəbindən yerini Rüfət Abdullazadəyə verməli oldu.

Əli Qurbaninin hazırkı durumu ilə bağlı komandanın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov Sportinfo.az-a bunları deyib:

"Zədənin ciddi və ya yüngül olması barədə dəqiq nəsə yoxdur. Həkimlər MRT-dən sonra hər şeyə aydınlıq gələcəyini bildirib.

Dizin arxa əzələsinin dartılma diaqnozu qoyulub. Əgər dartılma olsa yəqin ki, 3 həftə olmayacaq. Əksi olsa 3-4 günə komandaya qoşulacaq. Ən dəqiqi sabah MRT-dən sonra bilinəcək".

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM