Yığmamızın hücumçusu “Traktor“çu olmaq istəmədi

9 Aprel 2021 16:00 Sumqayıt 884
Yığmamızın hücumçusu “Traktor“çu olmaq istəmədi

“Sumqayıt”ın hücumçusu Əli Qurbaniyə “Traktor“dən dəvət gəlib.

Təbriz təmsilçisi millimizin formasını geyinən 30 yaşlı forvarda 2 illik müqavilə bağlamağı təklif edib.

Lakin Cənubi Azərbaycan klubunun çağırışı Əlini həyacanlandırmayıb: O, tezliklə İrana qayıtmaq niyyətində deyil.

Son klubu İsfahan "Sepahan"ıı olan Qurbani ötən ilin yayında "Sumqayıt"la 1+1 illik müqavilə imzalayıb. İranlı legioner “Nassaji”nin yetirməsidir.

2010-2011-ci illər mövsümündə adıçəkilən klubun əsas komandasının formasını geyinib (18 oyun, 3 qol).

“Sepahan”la yanaşı, (39 oyun, 4 qol) “Gahar” (23 oyun, 7 qol), “Shahr Khodro” (17 oyun, 3 qol), “Naft Tehran” (61 oyun, 16 qol), “İstiqlal” (55 oyun, 13 qol) və “Spartak Trnava” (9 oyun, 2 qol) klublarında da çıxış edib.

SPORTİNFO.AZ

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!