"Sumqayıt"ın 100-ü “Neftçi”nin ”başında çatladı” - FOTO

5 Aprel 2021 17:00 Sumqayıt 677
"Sumqayıt"ın 100-ü “Neftçi”nin ”başında çatladı” - FOTO

“Sumqayıt” tarixində 100-cü qələbəsini qazanıb.

Sportinfo.az xəbər verir ki, bu yubiley Azərbaycan Premyer Liqasının XXI turuna təsadüf edib.

Səfərdə “Neftçi”ni 2:0 hesabı ilə məğlub edən komanda 347-ci matçında 100-cü dəfə qalib gəlib. Digər oyunlarda 89 heç-heçə edən sumqayıtlılar 158 dəfə uduzub.

2010-cu ildə yaradılan klub indiyədək Premyer Liqada 77, Azərbaycan kubokunda 10, Birinci divizionda 13 dəfə qələbə qazanıb. “Sumqayıt”ın ilk qələbəsi də aşağı dəstəyə təsadüf edib.

2010/11 mövsümündə “Sumqayıt Şəhər” adı ilə çıxış edən debütant ilk qələbəsini 2010-cu il oktyabrın 2-də qazanıb. Həmin gün “Gənclik şəhəri” təmsilçisi evdə “Karvan”ı bir qolla məğlub edib.

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!