"Neftçi"dən çox yox, 4 kəlmə dedi

2 Aprel 2021 23:20 Sumqayıt 1 128
"Neftçi"dən çox yox, 4 kəlmə dedi

Sportinfo.az xəbər verir ki, millinin və "Sumqayıt"ın yarımmüdafiəçisi Vüqar Mustafayev DÇ-2022-nin seçmə mərhələsindəki oyunlardan və Premyer Liqadakı mübarizəsdən danışıb.

- Millinin oyunları geridə qaldı, təsuratlarınınız necədir?

-. Hər birimiz yaxşı nəticə əldə edib azərkeşləri, xalqımızı sevindirmək istəyirik. İlk görüşdə son Avropa çempionu Portuqaliya komandasına minimal hesabla məğlub olduq, daha sonra Serbiyaya 1:2 hesabıyla uduzduq. Bu iki komanda qrupumuzun aşkar fovaritləri idi. Elə ilk 2 rəsmi oyunu onlara qarşı keçirdik. Məğlub olduğumuz üçün çox məyusuq.

- Azərbaycan Premyer Liqasının sonuncu dövrəsi start götürəcək. Millidən sonra daxili çempionata köklənmək çətin olmur?

- Hər zaman fasilədən sonra oyunlar çətin olur. İnşallah komanda olaraq toparlanıb bu işin öhdəsindən gələ biləcəyik.

- Bu tur "Neftçi" ilə qarşılaşacaqsınız. Hazırlıq necə gedir?

- Həftə sonu bizi "Neftçi" ilə olduqca çətin oyun gözləyir. Bütün komanda olaraq yüksək səviyyədə bu oyuna hazırlaşırıq. Hazırlıq prosesi normal davam edir. Ümid edirəm bu səfər görüşündə istədiyimiz nəticəni əldə edərik.

- Çempionatın sonun çox qalmayıb. Komandanızın bu mövsüm üçün hədəfi nədir?

- Çempionatımız olduqca maraqlı keçir. Bütün komandaların mükafatçılar arasına düşmək üçün şansları var. Bu səbəbdən bizi çətin və maraqlı oyunlar gözləyir. "Sumqayıt" klubu olaraq mövsümü uğurlu nəticə ilə tamamlayacağımıza ümid edirik. Düşünürəm ki, Premyer Liqada mübarizə son tura qədər davam edəcək (qol.az0.

Digər Xəbərlər
Xəbər Lenti