"Sabah”la üz-üzə gələcək

24 Mart 2021 23:20 Sumqayıt 422
"Sabah”la üz-üzə gələcək

"Sumqayıt" milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edərək növbəti yoxlama oyununu keçirəcək.

Sportinfo.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi “Sabah”la üz-üzə gələcək.

Martın 28-də "Bank Respublika Arena"da keçiriləcək qarşılaşmaya saat 16:00-da start veriləcək.

"Sumqayıt" hazırda Prmeyer Liqanın turnir cədvəlində 26 xalla 4-cü, "Sabah" isə 16 xalla sonuncu- 8-cidir.

Digər Xəbərlər
Xəbər Lenti