Abbasov "Sumqayıt"ı 1.5 saat işlətdi - FOTOLAR

24 Mart 2021 11:00 Sumqayıt 454
Abbasov "Sumqayıt"ı 1.5 saat işlətdi - FOTOLAR

MOİK-lə yoxlama oyunundan sonra 1 gün istirahət edən "Sumqayıt" hazırlıqları bərpa edib.

Sportinfo.az xəbər verir ki, komanda Ayxan Abbasovun rəhbərliyi altında "Kapital Bank Arena"da məşqə çıxıb.

Təxminən 1.5 saat davam edən məşqdə əsasən toplu çalışmalara üstünlük verilib.

"Sumqayıt" fasilə çərçivəsində növbəti yoxlama oyununu martın 28-də "Sabah"a qarşı keçiriləcək. "Bank Respublika Arena"da keçiriləcək matç saat 16:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti