"Sumqayıt"da bir neçə yeni futbolçu - FOTOREPORTAJ

19 Mart 2021 21:20 Sumqayıt 762
"Sumqayıt"da bir neçə yeni futbolçu - FOTOREPORTAJ

"Sumqayıt" 3 günlük fasilənin ardından hazırlıqları bərpa edib.

Sportinfo.az xəbər verir ki, komanda "Kapital Bank Arena"nın ehtiyat meydançasında məşqə çıxıb.

Millilərdə olan 9 futbolçu çalışmalarda iştirak etmir. Əvəzində "Sumqayıt" Futbol Akademiyasının bir neçə futbolçusu hazırlıqlara cəlb olunub.

"Sumqayıt" hazırlıq dönəmində iki yoxlama oyunu keçirəcək. Ayxan Abbasovun komandası martın 21-də MOİK-lə, 28-də isə "Sabah"la üz-üzə gələcək.

Xəbər Lenti