"Sumqayıt"dan etiraf: "Bizdə "klas" futbolçular çox azdır"

17 Mart 2021 11:40 Sumqayıt 911
"Sumqayıt"dan etiraf: "Bizdə "klas" futbolçular çox azdır"

"Bizim qarşımıza yer olaraq hansısa məqsəd qoyulmayıb".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sumqayıt"ın yarımmüdafiəçisi Elvin Məmmədov deyib.

O, Premyer Liqadakı hədəflərindən danışıb: "Üzərimizdə belə bir stres yoxdur. Baş məşqçimizin hər oyun bizə söylədiyi odur ki, maksimum mübarizəmizi aparaq, nəticə özü gələcək.

Bizdə "klas" futbolçular çox azdır. Göstərdiyimiz nəticələr mübarizənin hesabına olub. Bir qədər sabitlik çatışmır. Bu da gənc futbolçularımızın çoxluğundan irəli gəlir".

E.Məmmədov millinin oyunları ilə bağlı yranacaq fasiləni komanda üçün ziyanlı sayır:

"Milli komandamıza uğurlar arzu edirəm. Düzdür, çətin qrupdayıq, inşallah, layiqli nəticə göstərərlər. Fasilə, əlbəttə ki, biz futbolçular üçün ziyandır.

Millidən zədəsiz qayıtsalar, yaxşı olar. 15-16 günlük fasilə olacaq. Yenidən komandanın uyğunlaşması, ab-havanı düzəltmək çətin olacaq. Öhdəsindən gəlməyə çalışacağıq".

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM