"Əsas odur ki, udmursansa, uduzmamalısan" - Elvin Məmmədov

14 Mart 2021 20:00 Sumqayıt 883
"Əsas odur ki, udmursansa, uduzmamalısan" - Elvin Məmmədov

"Çempionat başlayandan 90 dəqiqə oynamamışdım. Ancaq 60-70 dəqiqə meydanda olmuşam.

Dünən yaxşı başladıq. Rəqibin qolu oyunu bir az sındırdı. Amma toparlanıb qolumuzu vurduq.

"Keşlə" yaxşı komandadır. Sənan müəllim yaxşı kollektiv düzəldib. Bu baxımdan çətin olacağını bilirdik. Əsas odur ki, udmursansa, uduzmamalısan".

Bu fikirləri "Sumqayıt"ın yarımmüdafiəçisi Elvin Məmmədov Sportinfo.az-a açıqlamasında "Keşlə" ilə oyun haqqında danışarkən deyib.

Dünənki oyun meydanda ən yaxşılardan olan futbolçu bunun davamını gətirməyə çalışacağını bildirib: "Çalışdığım qədər komandama xeyir vermək istəyirəm.

Bu, nə qədər alınacaq, alınmayacaq, bilmirəm. Amma həqiqətən bunun üçün çalışıram. Davamlı oynamaq məsələsi həm də məndən asılıdır. Baş məşqçimiz şans verərəsə, bundan sonra da maksimum dəyərləndirməyə çalışacam".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti