“Sumqayıt” yeni vitse-prezidentin adını nə vaxt açıqlayacaq?

12 Mart 2021 19:00 Sumqayıt 829
“Sumqayıt” yeni vitse-prezidentin adını nə vaxt açıqlayacaq?

“Sumqayıt” yeni vitse-prezidentin kimliyini hələ müəyyənləşdirməyib.

Bu barədə Sportinfo.az-a klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov bildirib.

Onun sözlərinə görə, hazırda təyinat məsələsi müzakirə olunmur: “Bununla bağlı hər hansı qərar verilərsə, mətbuatı məlumatlandıracağıq”.

11 ilə yaxın müddətdə “kimayçılar”ın vitse-prezidenti olmuş Vaqif Ömərov ötən ay dünyasını dəyişib. O, “Azərikimya” tərəfindən klubun rəhbərliyinə gətirilmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM