Xəbər verdiyimiz kimi “Sumqayıt”ın çalışdırıcısı Ayxan Abbasov Premyer Liqada 100-cü oyununu keçirib.
Sportinfo.az klubun "feysbuk" səhifəsinə istinadən xəbər verir ki, bu münasiblətlə, prezident Riad Rəfiyev və əsas komandanın heyəti bugünki məşqdən öncə baş məşqçini təbrik edib.
Rəfiyev Ayxan Abbasova “Sumqayıt”ın “100” nömrəli idman geyimini hədiyyə edib.
Ayxan Abbasov Premyer Liqada keçirdiyi 100 oyunda 35 qələbə, 30 heç-heçə və 35 məğlubiyyət əldə edib.
Baş məşqçi kimi debütü 2017-ci il yanvarın 29-na təsadüf edən çalışdırıcı Premyer Liqada iki kluba rəhbərlik edib.
O, 2017-18-ci illərdə “Zirə”ni 44, 2018-ci ildən indiyədək “Sumqayıt”ı 56 qarşılaşmaya çıxarıb.

