Abbasov özünü Premyer Liqaya bu rəqəmlə necə sevdirdi?

9 Mart 2021 20:40 Sumqayıt 958
Abbasov özünü Premyer Liqaya bu rəqəmlə necə sevdirdi?

“Sumqayıt”ın çalışdırıcısı Ayxan Abbasov Azərbaycan Premyer Liqasında baş məşqçi kimi 100-cü oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, bu, XIX turun “Sabah” – “Sumqayıt” matçına (1:1) təsadüf edib.

Hesabında eyni sayda – 35 qələbə və məğlubiyyət olan mütəxəssis yubiley matçında yubiley – 30-cu heç-heçəsinə imza atıb.

Abbasov Premyer Liqada iki kluba rəhbərlik edib. O, 2017-18-ci illərdə “Zirə”ni 44, 2018-ci ildən indiyədək “Sumqayıt”ı 56 qarşılaşmaya çıxarıb.

Onun Premyer Liqada baş məşqçi kimi debütü 2016/17 mövsümünün ikinci yarısına təsadüf edib. 2017-ci il yanvarın 29-da “Zirə” öz meydanında AZAL-a 2:1 hesabı ilə qalıb gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM