"Sabitlik çatışmır, "Zirə"yə qarşı oynamaq çətindir"

3 Mart 2021 18:40 Sumqayıt 500
"Sabitlik çatışmır, "Zirə"yə qarşı oynamaq çətindir"

"Oyunun belə gərgin keçəcəyi gözlənilən idi. “Zirə” hər bir rəqibə qarşı xüsusi hazırlaşmağı bacarır. Komandamdan razı qaldım".

Sportinfo.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov evdə "Zirə" ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının oyunundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis meydana rəqiblə xal fərqini azaltmaq üçün çıxdıqlarını bildirib:

"Klublarımızda sabitlik çatışmır. İstədiyimiz nəticəni yekunda əldə edə bilərdik. Çalışacağıq ki, millinin oyunları ilə bağlı yaranacaq fasiləyədək uğurlu çıxışımızı davam etdirək".

Abbasov "Zirə"yə qarşı oynamağın çətin olduğunu vurğulayıb: "Bəzi epizodlarda rəqib daha üstün olurdu, bəzilərində biz. Rəqib “Zirə” idi, onlara qarşı oynamaq çətindir. Bütün oyun ərzində pressinq tətbiq etmək mümkün deyil".

Baş məşqçi Əli Qurbani zədədən sonra az qol vurmasına da toxunub: "Zədədən qayıtmaq çətindir. Üstəlik, rəqiblər də Əlini yaxşı təhlil edir.

Buna baxmayaraq, o, bu gün özü üçün 3 epizod yaratdı. İki halda qapıçı yaxşı oynadı, birində isə hücumçumuz dəqiq olmadı.

Tez-tez eşidirik ki, çempionatda məhsuldarlıq aşağıdır. Bu da klublarımızın rəqiblərini yaxşı təhlil etməsindən irəli gəlir".

Xəbər Lenti