Yığmamıza gəlməyə "ok" verdi, "Sumqayıt"ın menecer prezidentini pərt etdi

1 Mart 2021 15:00 Sumqayıt 1 993
Yığmamıza gəlməyə "ok" verdi, "Sumqayıt"ın menecer prezidentini pərt etdi

Millimizin şərəfini qorumağa razılıq verən Anatoli Nuriyev "Sumqayıt"dan dəvət alıb.

Sportinfo.az-ın məlumatına görə, klubun prezidenti bir müddət əvvəl hücumçu ilə görüşüb.

O, 25 yaşlı forvard karyerasını Azərbaycanda davam etdirməyi məsləhət görüb. Rəfiyev Ukraynada doğulan azərbaycanlı futbolçuya menecerlik dəstəyi verəcəyini də bildirib.

Vəd edib ki, əgər çağırışa müsbət ynaşsa, Avropa ölkələrindən birində legioner həyatı yaşamasına yardımçı olacaq.

Lakin "Minay"da çıxış edən Nuriyev Rəfiyevin təklifini geri çevirib. Hücumçu Ukraynada daha güclü komandaların birinə keçməyi planlaşdırdığını söyləyib.

O, Azərbaycan çempionatında çıxış etməklə, gələcək karyerasının təhlükə altına düşəcəyini vurğulayıb.

Digər Xəbərlər
Xəbər Lenti
13 Dekabr 18:10 Çək və bizə göndər!
13 Dekabr 11:20 Rüfətin komandası uduzdu