İranlı müdafiəçi özünü "Sumqayıt"da suda balıq kimi hiss edir

20 Fevral 2021 19:00 Sumqayıt 669
İranlı müdafiəçi özünü "Sumqayıt"da suda balıq kimi hiss edir

"Bu cür komandada çıxış etdiyim üçün xoşbəxtəm".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sumqayıt"ın iranlı legioneri Höccət Haqverdi deyib.

Yanvarda "kimyaçılar"la 6 aylıq müqavilə imzalayan müdafiəçi buradakı ab-havanı xüsusi qeyd edib:

"Qeyd edim ki, çox yaxşı baş məşqçimiz və komandamız var. Kollektivdəki ab-hava çox yüksəkdir, hamı bir biri ilə mehribandır.

Son oyunlarda sərgilədiyimiz futbol gələcəyə ümidlə baxmağımıza əsas səbəbdir. Hər iki "cəbhə"də mübarizə aparmaq olduqca xoşdur.

İnşallah, həm Azərbaycan kubokun da, həm də Premyer Liqada yaxşı nəticə qazanarıq".

Digər Xəbərlər
Xəbər Lenti