"Qarabağ"a qarşı səhv eləmək olmaz"

19 Fevral 2021 15:00 Sumqayıt 494
"Qarabağ"a qarşı səhv eləmək olmaz"

"Digər oyunlara hazırlaşdığımız kimi, "Qarabağ"a qarşı da hazırlığımız gedib.

Evdə oynayacağımız bir oyundur. Rəqibin gücü bəllidir. Qeyri-adi bir hazırlıq yoxdur".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov deyib.

O, "Qarabağ"ın son turda "Neftçi"yə məğlubiyyətinin onlara üçün üstünlük sayılmadığını düşünür: Rəqib elə komandadır ki, qalib gəlsə və ya məğlub olsa da, növbəti oyuna "Qarabağ" kimi hazırlaşırlar.

Qarşılarına çempionluq hədəfi qoyulan komandadır. Onlar üçün hər oyun önəmlidir. Gərgin oyun olacaq".

Gənc mütəxəssis rəqibin adının komandası üçün problem yaradacağını fikirləşmir: "Qarabağ"la birinci dəfə deyil ki, oyanayırıq. Çempionatda "Qarabağ"dan başqa, 7 komanda da var.

Hər birinə qarşı oynamağa həmişə hazırıq. Futbolçulara təsir edə biləcək durum yoxdur. Təbii ki, rəqibin gücü bizə bəllidir, futbolçularım da bunu anlayır.

Belə rəqiblə oyunda səhv eləmək olmaz. Rəqibi analiz eləmişik. Sabaha tam hazır olacağıq".

Ayxan Abbasov komandasının qış fasiləsindən sonrakı uğurlu çıxışının səbəbin də aydınlıq gətirib: "Çempionat uzun marafondur. Burada qalib də gəlirsən, məğlub da olursan.

Düzdür, ötən ilin sonuna yaxın bizdə bir az uğursuzluq oldu. Onun da səbəbləri vardı. Zədəlilər və pandemiya səbəbindən lazımsız xallar itirdik.

Amma mübarizə sona qədər gedəcək. Bu gün 2 oyun udmusansa, o demək deyil ki, hər şey idealdır. Bütün oyunları da uda bilərsən. Çempionatda gərgin mübarizə davam edir".

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!